Putin və Lukaşenko Dağlıq Qarabağı müzakirə etdilər

Putin və Lukaşenko Dağlıq Qarabağı müzakirə etdilər
  • Dünya

  • Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.

    Asiya.az
    xəbər verir ki, bu barədə Kremlin saytına istinadən xəbər verir.

    Məlumata görə, dövlət başçıları telefon söhbətinin gedişatında koronavirusla bağlı vəziyyəti müzakirə ediblər. Prezidentlər infeksiyanın yayılmasına qarşı mübarizədə ölkələrin əməkdaşlığını yüksək qiymətləndiriblər. Bundan başqa, tərəflər Rusiyanın "Sputnik V” peyvəndinin Belarusa ixracı ilə bağlı qərarın əhəmiyyətini qeyd ediblər.

    Prezidentlər müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə sadiq olduqlarını da təsdiqləyiblər. Onların sözlərinə görə, ölkələr daha əvvəl bağlanmış müqavilələr üzrə öhdəlikləri yerinə yetirməyə davam edəcək.

    Kremlin rəsmi məlumatına görə, siyasətlər həmçinin Dağlıq Qarabağda münaqişəsinin nizamlanmasını müzakirə ediblər.

    Dövlət başçıları müxtəlif səviyyələrdə təmasların davam etdirilməsini razılaşdırıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər