Masallıda Şuşa sevinci - FOTOLAR

Masallıda Şuşa sevinci - FOTOLAR
  • Araşdırma / Cəmiyyət

  • Müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır.

    Asiya.az
    xəbər verir ki, bu gün Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad edib. Bu xəbər ölkəmizin hər yerində bayram əhval-ruhiyyəsi, sevinc və şadlıqla qeyd edilir.

    Masallı rayonunun Ərkivan qəsəbəsinin bir qrup sakini bu gün Şuşa şəhərinin düşmən işğalından azad edilməsi münasibəti ilə Tovuz döyüşlərində şəhid olan mayor Anar Novruzovun, eləcədə Birinci Qarabağ müharibəsində şəhid olmuş Mahir BinyatovYavər Əhmədovun məzarlarını ziyarət ediblər.

    Ziyarətçilər arasında Vətən müharibəsi qaziləri – Daməd İbrahimov, Kəmaləddin Bağırov, Polad Məcidov, şəhid Anar Novruzovun oğlu Nihad Novruzov, Şuşa şəhərindən məcburi köçkün Hacı Elşən Əmrahov, ruhanilər və qəsəbə sakinləri var idi.

    Hər kəs Azərbaycanın döyünən ürəyi olan Şuşa şəhərinin işğaldan azad edilməsi münasibəti ilə öz sevincini bildirir, bayramlaşırdılar.
    Sevinənlər arasında bir nəfər xüsusilə diqqəti cəlb edirdi. Onun sevincini göz yaşları, göz yaşlarını isə təbəssümü əvəz edirdi. Bu Hacı Elşən Əmrahov idi. Əmrahovlar ailəsi Ermənistan silahlı qüvvələri Şuşa şəhərini işğal edəndən sonra Masallı rayonu Ərkivan qəsəbəsində özlərinə sığınacaq tapıblar.

    Qəsəbədə ruhanilik edən Hacı Elşən Əmrahovun oğlu Aprel döyüşlərinin iştirakçısı olub. O, bu gün də könüllü olaraq cəbhə bölgəsində döyüşür.
    Hacı Elşən anası Zümrüd xanımın məzarını ziyarət edərək onun öz dostlarına tapşırdı, “Anam sizə əmanət olsun”.
    Allaha əmanət ol, Elşən qardaş! Tezliklə Şuşada görüşək.
    Cəfər Cəfərov, Asiya.az
    Masallıda Şuşa sevinci - FOTOLAR
    Masallıda Şuşa sevinci - FOTOLAR
    Masallıda Şuşa sevinci - FOTOLAR
    Masallıda Şuşa sevinci - FOTOLAR
    Masallıda Şuşa sevinci - FOTOLAR
    Masallıda Şuşa sevinci - FOTOLAR
    Masallıda Şuşa sevinci - FOTOLAR
    Masallıda Şuşa sevinci - FOTOLAR
    Masallıda Şuşa sevinci - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər