Asiya.az xəbər verir ki, 43 yaşlı mütəxəssis öz ərizəsi ilə vəzifəsindən ayrılıb.
Məmmədov 2020-ci ilin yanvarından "ağ-qaralar"a başçılıq edirdi. Onunla 2020/2021 mövsümünün əvvəlində 2 illik yeni müqavilə imzalanmışdı.
"Neftçi"nin idman direktoru da istefaya göndərildi
"Neftçi”nin baş məşqçisi Füzuli Məmmədovla yanaşı, idman direktoru Ceyhun Sultanov da istefaya göndərilib.
Asiya.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hər iki şəxs bununla bağlı rəhbərliyə müraciət ediblər. Onların istefa ərizəsi qəbul olunub.
"Neftçi” Sultanov və Məmmədova xidmətlərinə görə təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.
Qeyd edək ki, "Neftçi" Premyer Liqanın IX turunda evdə "Qarabağ"a 0:6 hesabı ilə uduzub.