Bu gün belə şəhidlərimizdən biri, baş leytenant Şirəliyev Sahib Yusif oğlu doğulduğu Masallı rayonu Ərkivan qəsəbəsində torpağa tapşırıldı.
Şəhid zabitimizin nəşi həmyerlisi, Tovuz döyüşlərində şəhid olmuş mayor Anar Novruzovun məzarının yanında dəfn edildi.
Sahib Şirəliyev Naxçıvan Muxtar Respublikasında Xüsusi təyinatlı zabit olaraq vətənə qulluq edirmiş. Azərbaycan Silahlı Qüvvələri Şuşa şəhərini düşməndən azad etmə əməliyyatında iştirak edərək, qəhramancasına şəhid olub.
Şəhidi son mənzilə yola salmaq üçün Rayon İcra Hakimiyyətinin başçısı, vətən müharibəsi qaziləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ruhanilər, yerli sakinlər və şəhidin ailə üzvləri iştirak ediblər.
Dəfn mərasimində çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov şəhidin tabutuna bükülmüş dövlət bayrağını onun qardaşı Silahlı Qüvvələrdə MAXE kimi qulluq edən Şirəliyev Əli Yusif oğluna təqdim edib.
Cəfər Cəfərov, Asiya.az