İsmayıllı məktəbinin müəllimi də şəhid oldu (FOTO)

İsmayıllı məktəbinin müəllimi də şəhid oldu (FOTO)
  • Sosial

  • İsmayıllı şəhəri 3 nömrəli məktəb-liseyin tarix müəllimi Famil Əhmədzadə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub.

    Asiya.az
    xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, o, 1997-ci ildən sözügedən məktəbdə pedaqoji fəaliyyətlə məşğul olub. Famil Əhmədzadə təşəbbüsü ilə məktəbdə tarix-diyarşünaslıq muzeyi yaradılıb.

    İşlədiyi müddətdə öz savadı, mədəniyyəti və istedadı ilə şagirdlərin, müəllimlərin, bir sözlə hər kəsin sevimlisi olmağı bacarıb.

     İsmayıllı məktəbinin müəllimi də şəhid oldu (FOTO)
    PAYLAŞ:

    Oxşar xəbərlər