“Qalatasaray” iki şəhidimizi yad edəcək - FOTOLAR

“Qalatasaray” iki şəhidimizi yad edəcək - FOTOLAR
  • İdman

  • Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda qəhrəmancasına döyüşərək şəhid olan Fərid Dursunov və Murad Məmmədov "Qalatasaray"ın oyununda anılacaq.

    Asiya.az
    xəbər verir ki, bu barədə idman şərhçisi Gündüz Abbaszadə məlumat verib.

    "Qalatasaray"ın növbəti oyunlarından birində stadionda şəhidimiz Muradın səs yazısı səslənəcək, Fəridin adı yazılmış forma ilə oyuna çıxacaqlar. Ailəsi "Qalatasaray"ın oyununa dəvət olunacaq. Klub şəhidimizin məzarını ziyarət edəcək. "Qalatasaray" prezidentinin köməkçisi Yusuf Günay biraz əvvəl telefon danışığımızda mənə bunları dedi. Fərid və Muradın ailəsinin nömrələrini də istədi. Tapdıq göndərdik. Bununla yanaşı, Türkiyə TV-lərində bu haqda xəbərlər olacaq. Ümid edirəm, ruhları şaddır!" deyə Gündüz Abbaszadə yazıb.

    Qeyd edək ki, şəhid Fərid Dursunov "Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə yanaşı, "Qalatasaray"ımın bayrağını da asarsız" deyib. Şəhidin istəyini yerinə yetirən dostları onun məzarına üçrəngli Azərbaycan bayrağı ilə yanaşı, "Qalatasaray" bayrağı da asıblar.

    Şəhid Murad Məmmədov isə son səs yazısında ""Qalatasaray” sevgisi mənimlə birlikdə məzara gedəcək” deyə bildirmişdi.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

    “Qalatasaray” iki şəhidimizi yad edəcək - FOTOLAR
    “Qalatasaray” iki şəhidimizi yad edəcək - FOTOLAR
    “Qalatasaray” iki şəhidimizi yad edəcək - FOTOLAR
    “Qalatasaray” iki şəhidimizi yad edəcək - FOTOLAR
    “Qalatasaray” iki şəhidimizi yad edəcək - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər