Tünzalə Əliyeva xərçəngə qalib gəldi

Tünzalə Əliyeva xərçəngə qalib gəldi
  • Mədəniyyət

  • Hər kəsin "Toppuş bacı" ləqəbi ilə tanıdığı Əməkdar artist Tünzalə Əliyeva xərçəngə qalib gəlib.

    Asiya.az
    xəbər verir ki, bu barədə aktrisa özü sosial media hesabında məlumat yayıb:

    "Əziz dostlar, siz mənə gözəl sözlər və dualar yazırdınız. Mən hamısını oxuyurdum. Allah hamınızdan razı olsun. Çünki dualarınız qəbul olunub. Demək istəyirəm ki, iki gün öncə aldığım analiz cavablarına görə törəmə və metaztaz yoxdur. Bu o deməkdir ki, mən xəstəlikdən qurtuldum"-deyə T.Əliyeva yazıb.

    Qeyd edək ki, Əməkdar artist Tünzalə Əliyeva 2018-ci ildən xərçəng xəstəliyindən əziyyət çəkirdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər