“Qarabağ” – “Qəbələ” oyunu təxirə salındı

“Qarabağ” – “Qəbələ” oyunu təxirə salındı
  • İdman

  • Azərbaycan Premyer Liqasının XII turunun “Qarabağ” – “Qəbələ” oyunu təxirə salınıb.

    Asiya.az
    xəbər verir ki, bu barədə qərarı Peşəkar Futbol Liqası verib.

    “Qarabağ”ın heyətində 7 futbolçuda koronavirus testinin nəticəsi pozitiv olduğu üçün sabah keçirilməli olan görüş baş tutmayacaq. Beləliklə, Premyer Liqada XII turun bütün qarşılaşmaları təxirə salınıb. Bunadək digər üç matç – “Zirə” – “Sumqayıt”, “Neftçi” – “Sabah” və “Keşlə” – “Səbail” qarşılaşmaları da təxirə düşmüşdü.
    Turun keçiriləcəyi tarixi Peşəkar Futbol Liqası müəyyənləşdirəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər