Bu sahələrin fəaliyyətinə icazə verilir - TAM SİYAHI

Bu sahələrin fəaliyyətinə icazə verilir - TAM SİYAHI
  • İqtisadiyyat

  • Sərtləşdirilmiş karantin rejiminidə fəaliyyəötinə icazə verilən fəaliyyət sahələrinin siyahısı açıqlanıb.

    Asiya.az
    xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, aşağıdakı sahələrin fəaliyyətinə icazə verilir:

    1. Səhiyyə və sosial xidmət sahələri üzrə:
    1.1. elmi-tədqiqat və laborator xidmətləri;
    1.2. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə
    xidmətlər;
    1.3. baytarlıq xidmətləri;
    1.4. tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin
    istehsalı;
    1.5. sosial xidmətlər;
    1.6. əqli və hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya
    ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti.
    2. İnfrastruktur sahəsi üzrə:
    2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz
    təchizatı, istilik təchizatı, enerji paylanması);
    2.2. elektrik enerjisinin istehsalı və təchizatı;
    2.3. su təchizatı və meliorasiya;
    2.4. telekommunikasiya və rabitə xidmətləri.
    3. Nəqliyyat və logistika sahəsi üzrə:
    3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük
    daşımaları;
    3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları
    xidmətləri;
    3.3. logistika xidmətləri;
    3.4. ictimai nəqliyyat və taksi xidmətləri.
    4. Əsas istehsalat sahələri üzrə:
    4.1. müdafiə sənayesi məhsullarının istehsalı;
    4.2. maşınqayırma sənayesi üzrə fəaliyyət;
    4.3. neft avadanlıqları və qurğularının istehsalı;
    4.4. qida məhsullarının və onlar üçün xammalın istehsalı, qida
    məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;
    9
    4.5. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
    4.6. kimyəvi məhsulların istehsalı;
    4.7. kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o
    cümlədən fermer təsərrüfatlarının fəaliyyəti;
    4.8. əkinçilik və məhsul yığımı;
    4.9. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;
    4.10. neft və qazın boru kəmərləri vasitəsi ilə ötürülməsi;
    4.11. metallurgiya sənayesi üzrə fəaliyyət;
    4.12. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
    4.13. mühəndislik və layihələndirmə xidmətləri;
    4.14. mülki və sənaye təyinatlı bina və qurğuların, yolların
    tikintisi və təmiri;
    4.15. qablaşdırma məhsullarının istehsalı;
    4.16. daş, metal və taxta məhsullarının istehsalı;
    4.17. mebel istehsalı və təmiri;
    4.18. diri heyvanların kəsimi.
    5. Pərakəndə və topdan satış üzrə:
    5.1. ərzaq mağazaları (supermaketlər, bazarlar);
    5.2. apteklər;
    5.3. yanacaq doldurma məntəqələri;
    5.4. Azərbaycan Respublikasının ərazisində bütün ticarət
    obyektləri (nəzdində ərzaq mağazası və apteklər istisna olmaqla)
    tərəfindən yalnız çatdırılma xidmətinin göstərilməsi (və ya onlayn
    satış);
    5.5. Azərbaycan Respublikasının ərazisində ictimai iaşə
    obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində
    müştərilərə yalnız çatdırılma xidmətlərinin göstərilməsi (və ya
    onlayn satış).
    6. Məişət xidmətləri üzrə:
    6.1. məişət tullantılarının yığılması və utilizasiyası;
    6.2. poçt xidmətləri;
    6.3. kimyəvi təmizləmə;
    6.4. mənzillər istisna olmaqla, yaşayış binalarının
    təmizlənməsi;
    6.5. avtomobillərin təmiri;
    6.6. avtomobil yuyulma məntəqələri;
    6.7. heyvan sığınacaqları;
    7. Kütləvi informasiya vasitələri.
    8. Maliyyə təşkilatları üzrə:
    10
    8.1. banklar və bank olmayan kredit təşkilatları, lombardlar;
    8.2. investisiya şirkətləri, fond birjaları;
    8.3. sığorta təşkilatları;
    8.4. ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar.
    9. Xüsusi xidmət növləri üzrə:
    9.1. çatdırılma xidmətləri;
    9.2. məişət avadanlıqlarının, kompüter və mobil
    cihazların təmiri;
    9.3. dezinfeksiya xidmətləri.
    10. Vəkillik fəaliyyəti.
    11. Otellərin fəaliyyəti.
    12. Tamaşaçıların iştirakı olmadan açıq havada rəsmi idman
    yarışlarının keçirilməsi, habelə beynəlxalq idman yarışlarına hazırlıq
    üzrə tədbirlərin təşkili.
    PAYLAŞ:

    Oxşar xəbərlər