Çempionlar Liqasının püşkü atıldı: Messi Neymara qarşı

Çempionlar Liqasının püşkü atıldı: Messi Neymara qarşı
  • İdman

  • Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cütləri bilinib.

    Asiya.az
    xəbər verir ki, püşkatmadan sonra 16 komanda rəqiblərini tanıyıb:

    "Borusiya” (Mönxenqladbax, Almaniya) – "Mançester Siti” (İngiltərə)

    "Latsio” (İtaliya) – "Bayern” (Almaniya)

    "Atletiko” (İspaniya) – "Çelsi” (İngiltərə)

    "Leypsiq” (Almaniya) – "Liverpul” (İngiltərə)

    "Portu” (Portuqaliya) – "Yuventus” (İtaliya)

    "Barselona” (İspaniya) – PSJ (Fransa)

    "Atalanta” (İtaliya) – "Real” (İspaniya)

    "Sevilya” (İspaniya) – "Borrusiya” (Dortmund, Almaniya)


    Bu oyunlar içərisindən "Barselona” – PSJ matçı diqqəti çəkir. Belə ki, braziliyalı Neymar sabiq komandasına qarşı oynayacaq. Həmçinin, bu matç Neymarla argentinalı ulduz Lionel Messinin qarşıdurması kimi də dəyərləndirilə bilər.

    Qeyd edək ki, 1/8 final oyunları iki hissəyə bölünəcək. 16-17 və 23-24 fevralda ilk oyunlar baş tutacaq. Cavab oyunları 9-10 və 16-17 martda keçiriləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər