Emin Əmrullayevdən yüksək vəzifələrə TƏYİNAT

Emin Əmrullayevdən yüksək vəzifələrə TƏYİNAT
  • İqtisadiyyat

  • Təhsil Nazirliyində növbəti kadr dəyişikliyi baş verib.

    Asiya.az
    xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

    Nazirin digər əmri ilə Mehriban Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri təyin olunub.
    Qeyd edək ki, Mehriban Vəliyeva Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışırdı.
    PAYLAŞ:

    Oxşar xəbərlər