Vilayət Eyvazov yeni rəis təyin etdi

Vilayət Eyvazov yeni rəis təyin etdi
  • Siyasət / Manşet

  • Daxili İşlər naziri, general polkovnik Vilayət Eyvazov Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinə yeni rəis təyin edib.

    Asiya.az
    xəbər verir ki, nazirin əmri ilə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşı polkovnik-leytenant Cəmşid Hənifəyev Binəqədi rayon DYP Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

    Qeyd edək ki, Cəmşid Hənifəyev bundan əvvəl Səbail rayon DYP Şöbəsinin rəisi vəzifəsində çalışıb.

    Binəqədi rayon DYP şöbəsinin rəisi vəzifəsindən azad olunan polis mayoru Mərdan Əliyev isə Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Baxış Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər