Qənirə Paşayeva Vətən Müharibəsi Qəhrəmanı Murad Əflətovun valideynləri ilə görüşü - FOTO

Qənirə Paşayeva Vətən Müharibəsi Qəhrəmanı Murad Əflətovun valideynləri ilə görüşü - FOTO
  • Hərb

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsi Qəhrəmanı, Saatlı rayonu Nəsimikənd sakini Murad İlyas oğlu Əflətovun valideynləri ilə görüşüb.

    Asiya.az
    xəbər verir ki, Qəhrəman valideynlərini işğalçı düşmən üzərində parlaq qələbə və övladlarının Vətən Müharibəsi Qəhrəmanı adı alması münasibəti ilə təbrik edən Qənirə Paşayeva, onlara Milli Məclisin Mədəniyyət Komitəsi adından Təşəkkür və Təbrik Məktubu, üstünə “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.

    “Sizin Qəhrəman oğlunuz və silahdaşları Azərbaycan hərb tarixinin qızıl səhifəsinə düşəcək Tarixi Zəfərin qazanılmasında vətənpərvərlik və fədakarlıqla iştirak edib, özlərindən sonra gələcək yeni hərbçi nəsillərimiz üçün unudulmaz örnəklər yaradıblar.

    Müqəddəs bayrağımızı azad edilmiş şəhər və kəndlərimizdə dalğalandıran qəhrəman hərbçilərimiz, başda Ali Baş Komandanımız olmaqla Ordumuzun qüdrətini, xalqımızın birliyini, siz qəhrəman valideynlərinin dəyanətini dünyaya göstərmiş oldu. Övladınız və silahdaşları əcdadımızdan gələn hərbi ənənələri texnoloji yeniliklərin tətbiqi ilə zənginləşdirərək, Ermənistanın 30 ilə yaxın qurduğu istehkamları, sədləri 44 gün içində darmadağın etdi.

    Murad kimi oğullarımızın xilaskarlıq missiyası mədəniyyət beşiyimiz Şuşa şəhərinin, digər şəhər və rayonlarımızda tapdaq altında qalmış, dağıdılmış, təyinatı dəyişdirilmiş yüzlərlə mədəniyyət müəssisəsinin, abidənin, tapınağın da bərpası, təmiri üçün imkanlar açıb.

    Murad kimi qəhrəman oğul böyütdüyünüz üçün sizə bir daha təşəkkür edirəm! Oğlunuzun Vətən Müharibəsi Qəhrəmanı adı mübarək olsun”!

    Görüşdə Axıska Türkləri “Vətən” Cəmiyyətinin başqanı İsmayıl Rəhimov, “Nəfəs” Xeyriyyə İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova iştirak edib.
    Qənirə Paşayeva Vətən Müharibəsi Qəhrəmanı Murad Əflətovun valideynləri ilə görüşü - FOTO
    Qənirə Paşayeva Vətən Müharibəsi Qəhrəmanı Murad Əflətovun valideynləri ilə görüşü - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər