Asiya.az xəbər verir ki, bununla bağlı fotoları paylaşan sosial şəbəkə istifadəçiləri həmin paketlərin apteklərdə 53 manata təklif edildiyini bildirib.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, həmin paketlər Birliyə məxsus deyil: “TƏBİB yalnız regionlarda evdə müalicə alan xəstələri dərmanlarla təmin edir və həmin dərman paketlərinin hər iki, ön və arxa tərəfində TƏBİB-in loqosu var. Amma satışa çıxarılan paketlərin üzərində TƏBİB-ə aid loqo yoxdur. Hansısa aptek tərəfindən dizayn olunub”.