Millət vəkili və QHT sədri şəhid Araz Seyfullayevin anası ilə görüşdü - FOTO

Millət vəkili və QHT sədri şəhid Araz Seyfullayevin anası ilə görüşdü - FOTO
  • Araşdırma / Hərb

  • Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı şəhər sakini, şəhid Araz Elsevər oğlu Seyfullayevin anası Günay xanım Seyfullayeva ilə görüşüb.

    Asiya.az
    xəbər verir ki, Qənirə Paşayeva şəhid anasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb: “Əziz Şəhid anası, Siz Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş oğulun atasısınız. Düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid anaları haqq edirsiniz. Biz Sizə minnətdarıq! Övladınızın ruhu qarşısında dərin ehtiramla baş əyirik. Sizin övladınız artıq yalnız öz ailəsinə deyil, bütün Azərbaycana əzizdir, doğmadır. Şəhid ailələri bizim baş tacımızdır.

    Biz bilirik ki, oğlunuz 2019-cu ilin iyul ayından hərbi xidmətdəydi; o, Xüsusi Təyinatlı Qüvvələrdə qulluq edirdi. 07 oktyabr 2020-ci il tarixində Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan igid oğlunuz, Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
    Bu medal Araza, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə verilib.

    Araz kimi qorxmaz gənclərimizlə hər zaman qürur duyacağıq! Arazın və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi Tarixi Qələbə münasibəti ilə bir daha təbrik edirik”!

    Şəhid anasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi və RHİMİB adından Məktublar, üzərinə “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı təqdim edilib.
    Millət vəkili və QHT sədri şəhid Araz Seyfullayevin anası ilə görüşdü - FOTO
    Millət vəkili və QHT sədri şəhid Araz Seyfullayevin anası ilə görüşdü - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər