Səfərbərliklə çağırılan hərbçilərin tərxisinə başlanıldı (SƏRƏNCAM)

Səfərbərliklə çağırılan hərbçilərin tərxisinə başlanıldı (SƏRƏNCAM)
  • Cəmiyyət

  • Prezident İlham Əliyev səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında sərəncam imzalayıb.

    Asiya.az
    xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış hərbi qulluqçular 2020-ci il dekabrın 25-dən 2021-ci il aprelin 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcək.

    Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti bu Sərəncamın 1-ci bəndinin icrası barədə Azərbaycan Respublikasının Prezidentini mütəmadi olaraq məlumatlandıracaq. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

    Sərəncam imzalandığı gündən qüvvəyə minir.
    PAYLAŞ:

    Oxşar xəbərlər