İşdən çıxarılan direktora vəzifə verildi

İşdən çıxarılan direktora vəzifə verildi
  • Cəmiyyət

  • Təhsil nazirinin müvafiq əmri ilə Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ilə bağlanmış əmək müqaviləsinə 28 dekabrdan xitam verilib.

    Nailə Məmmədova karantin qaydalarını pozaraq özünə yubiley keçirməsi ilə gündəmə gəlmişdi. Daha sonra sosial şəbəkələrdə onun müzakirələrə səbəb olan digər videoları da yayılmışdı.

    Asiya.az xəbər verir ki, Oxu24.com-a daxil olan məlumata görə, sözügedən direktor İctimai Nəzarət Koalisiyasının Təhsil Departamentinin sədri təyin edilib.

    Qeyd edək ki, sözügedən koalisiyanın rəhbəri Nailə Məmmədovanın qardaşı Rasim Məmmədovdur.
    PAYLAŞ:

    Oxşar xəbərlər