Masallıda şəhid ailələri ziyarət edildi - FOTO

Masallıda şəhid ailələri ziyarət edildi - FOTO
  • Sosial / Araşdırma

  • 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Masallı rayonunda şəhid ailələri ziyarət edilib.

    Asiya.az
    xəbər verir ki, millət vəkili Məşhur Məmmədovun təşəbbüsü ilə baş tutan görüşlər “Siz tək deyilsiniz” devizi altında keçirilib.

    70 saylı Masallı şəhər seçki dairəsi ərazisində 1-ci Qarabağ Müharibəsindən 66, Vətən Müharibəsindən 22, ümumilikdə 88 şəhid ailəsi ziyarət edilib.

    Masallıda şəhid ailələri ziyarət edildi - FOTO
    Masallıda şəhid ailələri ziyarət edildi - FOTO
    Şəhid ailələrini ziyarət edən millət vəkilinin köməkçiləri Mirnizam Vahabov, Hekayət NəzərovRəmzi Şahverdiyev şəhid ailələrini dinləmiş, onların qayğıları, sosial durumları ilə maraqlanıblar.
    Onları narahat edən problemlərin həllinə millət vəkili Məşhur Məmmədov vasitəsi ilə köməklik göstərəcəklərini bildiriblər.

    Masallıda şəhid ailələri ziyarət edildi - FOTO
    Masallıda şəhid ailələri ziyarət edildi - FOTO
    Görüşlərdə Masallı Təhsil Fondunun direktoru Hüseyn Hüseynov və “Asiya.az” xəbər portalının Baş redaktoru Cəfər Cəfərov da iştirak edib.

    Qeyd edək ki, Millət vəkili Məşhur Məmmədov mütamadi olaraq Masallı rayonundan olan şəhid ailələrinin qayğıları ilə maraqlanır, əlamətdar günlərdə özü, yaxud təmsilçiləri həmin ailələri ziyarət edir.
    Masallıda şəhid ailələri ziyarət edildi - FOTO
    Masallıda şəhid ailələri ziyarət edildi - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər