COVİD-19 vaksini vurulduqdan sonra maska taxmalıyıqmı? - 14 GÜN ƏRZİNDƏ...

COVİD-19 vaksini vurulduqdan sonra maska taxmalıyıqmı? - 14 GÜN ƏRZİNDƏ...
  • Sosial

  • 2021-ci ilin yanvar ayının əvvələrindən etibarən koronavirusa qarşı vaksinasiyanın tətbiq ediləcəyi gözlənilir.

    Maraqlıdır, peyvəndin tətbiq edildiyi insanlar əvvəlki qaydada maskadan istifadə edəcəklər? Yoxsa, həmin şəxslər artıq sərt karantin qaydalarından azad hesab olunacaq?

    Asiya.az xəbər verir ki, məsələ ilə bağlı Sfera.az-a danışan Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev peyvənd tətbiq edildikdən 2 həftə sonra immunitet yarandığını bildirib:

    "Peyvənd vurulan günüinsanda immunitet formalaşmır. Peyvənddən təxminən iki həftə sonra insanda virusa qarşı immunitet yarana bilir. Amma bu o demək deyil ki, həmin müddət tamamlandıqdan sonra maska istifadəsi dayandırılmalıdır. Çünki hər kəs eyni anda peyvənd olunmayacaq, bu mümkün də deyil. Əhalinin əksər hissəsi peyvənd vurdurduqdan sonra tədricən açıq havada, sonra da qapalı məkanlarda maskadan istifadə ilə bağlı qaydaları ləğv etmək olar. Lakin karantin qaydalarında yumşalma zamanla olmalıdır, birdən-birə bütün qaydaların ləğvinə imkan vermək olmaz".

    A.Əliyev peyvəndlənmənin şəxsin yaşayış qeydiyyatından asılı olmayaraq həyata keçirilməsinin vacibliyini qeyd edib:

    "Bizim bu barədə təkliflərimiz var. Belə ki, təklifdə bildirmişik ki, bütün tibb müəssisələrinə peyvəndlə bağlı icazə verilsin və bununla da proses eyni vaxtda çox insanı əhatə edə bilsin. Şəxsin yaşayış qeydiyyatından aslı olaraq prosesin icrasında əngəllər törədilməməlidir. Yəni, rayon qeydiyyatı olan, amma Bakıda çalışan şəxs peyvənd vurdurmaqdan ötrü rayona getməsin. Bu, həm də karantin qaydalarına uyğun olan məsələ deyil. Əgər qeydiyyatla bağlı problem yaradılarsa, yoluxma ehtimalı da artmış olacaq".
    PAYLAŞ:

    Oxşar xəbərlər