Qənirə Paşayeva şəhid Əli Qasımovun ailəsi ilə görüşdü - FOTO

Qənirə Paşayeva şəhid Əli Qasımovun ailəsi ilə görüşdü - FOTO
  • Sosial

  • Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz Əli Qasımovun ailəsi ilə görüşüb və sizin kimi ailələrlə qürur duyuruq deyib.

    Asiya.az
    xəbərverir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayon, Hacallı kənd sakini, şəhid Əli Qasımovun atası İbrahim Qasımovla görüşüb, onu tarixi zəfər münasibəti ilə təbrik edib: "Əziz Şəhid valideyni, Sizin oğlunuzun və onun cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub. Əli Qasımov Vətən Müharibəsində fədakarlıqla döyüşüb, şəhid olub. O, Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Oğlunuz bu medalı, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə alıb. Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik! Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər mü¬nasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz Şəhid valideynlərisiz. Sizi düşmən üzərində tarixi zəfər münasibəti ilə bir daha təbrik edir, yeni təqvim ili münasibəti ilə ən xoş diləklərimi yetirirəm!"
    Qənirə Paşayeva şəhid Əli Qasımovun ailəsi ilə görüşdü - FOTO
    Q.Paşayeva şəhid atasına Mədəniyyət Komitəsi adından Məktub və üzərinə "Qarabağ Azərbaycandır!" yazılmış qol saatı təqdim edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər