Sahil Babayev qazi və şəhid ailələrinə saxta xidməti boynuna alıb - Prezidentdən 15 yanvara kimi vaxt istəyib

Sahil Babayev qazi və şəhid ailələrinə saxta xidməti boynuna alıb - Prezidentdən 15 yanvara kimi vaxt istəyib
  • Siyasət / Araşdırma

  • "Qarabağ qazilərinin əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin kadr siyasətini mətbuatda tənqid etməsi, özəlliklə rüşvətxorluq və korrupsiya əməlində ad qazanmış Vüqar Behbudovun yeni yaradılan Sosial Xidmətlər Agentliyini saxta xidmətlər agentliyinə çevirməsini açıqlamaları, axırı, nəticə verib. Prezident yanında online rejimdə keçirilən müşavirədə ƏƏSM naziri Sahil Babayev Prezidentə 15 yanvarda söz verilən 1500 mənzilin qazi və şəhid ailələrinə təqdim ediləcəyinə söz verib".

    Asiya.az
    xəbər verir ki, bu barədə Dia.az-a göndərilən məqalədə deyilir.

    Məqalədə daha sonra bildirilir: "Halbuki Vüqar Behbudov son bir ildə saxta hessbatlarla hər ay qazi və şəhid ailələrinə mənzillər alındığını bildirib. Bu məmurun saxtalığı , dövlətin 1-ci şəxslərinə qarşı saymazlığı ciddi pozuntudur və dövlətin, onun başçısının sosial-iqtisadi siyasətinə qarşı çıxmaqdır . Nazirinə saxta sədaqəti bu saxta sosial məmuru elə arxayın salıb ki, dövlətin 1-ci vitse-prezidentinin tapşırığına da əməl etməyib və indi də etmir! (?) Sahil Babayev isə onu qınamaq yerinə mühüm posta sədr təyin edir. Bununla da nazir dövlət başçılarına, elə bil, meydan sulayır. Yəqin ki, 2019-cu ilin 24 dekabrında Bakının Nizami rayonu, Çobanzadə küçəsində qazi və şəhid ailələrinə tikilən evin qanunsuz bölgüsündən əldə edilən qanunsuz gəlir bunların “iştahını açıb” . Xatırladaq ki, həmin evdən nazirin mərhum atasının “OVİR”dəki iş yoldaşları, keçmiş və indiki deputatlar, məcburi köçkün Qarabağ əlilləri , mənzilə ehtiyaclarını Vüqar Behbudovun cibindən keçməklə təmin edən villa sahibləri mənzillər alıblar. Bu gün də həmin 96 mənzilli evdə ortalıq 15-20 mənzildə yaşayış var. Qalanlarının qapısı bağlı kirayənişin axtarışındadır. Hələ də bu boyda korrupsiya əməlinə hüquqi qiymət verilməsi təmin olunmur.

    Mənzil təminatı elə həssas, incə məsələdir ki, xırda bir pozuntu ciddi narazılıq doğura bilər. Son bir ildə bu sahədə ancaq saxta xidmətlərlə baş qatılıb. Axı, bu mənzil konkret maddi obyektdir, virtual məkan deyil ki, saxta dəstək adı ilə baş qatasan? 1500 mənzil üçün dövlət büdcəsindən pul ayrılırsa və ilin sonunda vəsaitin təyinatı üzrə xərclənmədiyi üzə çıxırsa, Hesablama Palatası niyə Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət etmir? Niyə hüquq mühafizə orqanları mətbuatda dərc olunan qanunsuzluqlarla bağlı araşdırma aparmır? Belə çıxır, qanun -qayda qanunsuz, qeyri-prosessual münasibətə qurban verilir?

    Prezidentin son müşavirədə mənzil təminatı ilə bağlı tapşırıqlarından yəqin ki, Sahil Babayev nəticə çıxarar. 15 yanvara kimi 1500 mənzil alınıb qazi və şəhid ailələrinə verilməlidir. Hazır boş mənzillər isə Bakıda yetərincədir. Sadəcə, dövlətin təhkim etdiyi vicdanlı alıcısını gözləyir. Bəlkə onda qaragünlü Qarabağ qaziləri “Ağ Şəhər”də mənzil yiyəsi olar. Fikrimizcə, qazi və şəhid ailələrinin mənzil təminatı Mənzil İnşaatı Dövlət Agentliyinin kurasiyasına verilməlidir. Vüqar Behbudov ona göstərilən yüksək etimadı doğrultmadı".

    İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
    PAYLAŞ:

    Oxşar xəbərlər