Vüqar Səfərli Əli Həsənovu da özü ilə həbsə aparacaq? - İSTİ İZLƏRLƏ...

Vüqar Səfərli Əli Həsənovu da özü ilə həbsə aparacaq? - İSTİ İZLƏRLƏ...
  • Araşdırma / Cəmiyyət

  • Xəbər verdiyimiz kimi, KİVDF-nin keçmiş icraçı direktoru Vüqar Səfərli fəaliyyəti dövründə qanunsuz əməllərə yol verdiyi, dövlət əmlakını mənimsədiyi üçün həbs edilib.

    Asiya.az
    xəbər verir ki, Vüqar Səfərli Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən müəssisə binasının 3-cü mərtəbəsinin Fondun inzibati istifadəsinə verilməsi məqsədilə maddi baxımdan Fond üçün daha ağır şərtlərlə icarəyə götürülməsinə dair müqavilələr bağlayıb. O 2011-2019-cu illər ərzində cəmi 812 min manat məbləğində pul vəsaitini icarə haqqı adı ilə köçürməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurub.


    Məlumat üçün qeyd edək ki, KİVDF-nin sabiq direktoru fonddakı qanunsuzluqlar və jurnalistlərə mənzillərin paylanılması ilə bağlı məsələlərdə Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovla iş birliyi edib.


    Bütün bunlar, eləcə də elan olunan ittihamla tanışlıq düşünmək üçün əsas verir ki, Vüqar Səfərlinin həbsi Əli Həsənov üçün də ciddi təhlükənin mövcudluğundan xəbər verir.
    PAYLAŞ:

    Oxşar xəbərlər