Mədəniyyət Komitəsinin sədri Şuşalı mədəniyyət işçiləri ilə görüşüb - FOTO

Mədəniyyət Komitəsinin sədri Şuşalı mədəniyyət işçiləri ilə görüşüb - FOTO
  • Mədəniyyət

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Şuşa rayon Mədəniyyət şöbəsinin rəhbəri, Fəxri mədəniyyət işçisi Zahid Abbasov, Şuşa rayon Dövlət Rəsm Qalareyasının direktoru, Əməkdar rəssam Rövşən Bayramov və Şuşa rayon Mədəniyyət işçiləri həmkarlar komitəsinin sədri Günay Rzayeva ilə Mədəniyyət Komitəsində görüşüb.

    Asiya.az
    xəbər verir ki, Qənirə Paşayeva mədəniyyət işçilərini Şuşa şəhərinin də azad olunması ilə nəticələnmiş Vətən Müharibəsindəki tarixi zəfər münasibəti ilə bir daha təbrik edib, onlara uğurlar arzulayıb.

    Görüşdə cənab Prezidentin Şuşanın Mədəniyyət Paytaxtı elan etməsindən irəli gələn məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
    Komitə sədri qeyd edib ki, cənab Prezidentin Şuşa haqqında dediyi tarixi sözlər, irəli sürdüyü fikirlər və konkret təkliflər hər bir mədəniyyət işçisinin, bütün əlaqədar qurum və quruluşların üzərinə mənəvi məsuliyyət qoyur: “Özəlliklə, bu il ilki keçiriləcək “Xarıbülbül festivalı” və uzun fasilədən sonra bərpa edilən “Vaqif Poeziya Günləri”nə vaxt itirmədən hazırlaşmalıyıq. Biz də Mədəniyyət Komitəsi olaraq yanınızdayıq və inanıram ki bu mühüm mədəniyyət tədbirlərini birgə yüksək səviyyədə keçirəcəyik”.
    Mədəniyyət işçiləri səmimi görüş və ətraflı fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib və Əməkdar rəssam Rövşən Bayramovun müəllifi olduğu "Xurşudbanu Natəvan" portretini Komitəyə bağışlayıb.

    Komitə sədri hər üç qonağa üzərində "Şuşa Azərbaycandır!" yazılmış qol saatı hədiyyə edib.
    Mədəniyyət Komitəsinin sədri Şuşalı mədəniyyət işçiləri ilə görüşüb - FOTO
    Mədəniyyət Komitəsinin sədri Şuşalı mədəniyyət işçiləri ilə görüşüb - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər