Şəhid Novruz Haxverdiyev Daşkəsəndə dəfn edildi - FOTOLAR

Şəhid Novruz Haxverdiyev Daşkəsəndə dəfn edildi - FOTOLAR
  • Hərb

  • Bu gün Vətən Müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun əsgəri Haxverdiyev Novruz Əli oğlunun nəşi şəhidin doğulduğu Daşkəsən rayon Alunitdağ qəsəbəsinə gətirilib.

    Asiya.az
    xəbər verir ki, keçirilən vida mərasimində Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak ediblər. Şəhid Novruz Haxverdiyev Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

    Dəfn mərasimində çıxış edən Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev deyib:
    - Sentyabr ayından başlayan Vətən müharibəsi Azərbaycanın ordusunun tam qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında cəmi 44 gün ərzində uzun illər işğal altında qalmış dədə-baba torpaqlarımız erməni işğalçılarından azad olundu.

    Bu möhtəşəm qələbənin əldə olunması üçün neçə-neçə əsgər və zabitlərimiz öz canlarından keçib şəhidlik zirvəsinə ucalaraq qazilərimizlə birgə Azərbaycan tarixinin yeni salnaməsini yazdılar. Onlardan biri də Daşkəsən rayon Alunitdağ qəsəbə sakini MAXE əsgər Haxverdiyev Novruz Əli oğludur.
    Haxverdiyev Novruz Əli oğlu işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda Murovdağ istiqamətində gedən döyüşlərdə şücaət göstərək şəhid olmuşdur. Onun əziz xatirəsi hər zaman qəlbimizdə əbədi yaşayacaqdır.

    Allah şəhidimiz Haxverdiyev Novruz Əli oğluna rəhmət eləsin, şəhidimizin yaxınlarına və doğmalarına bütün rayon ictimaiyyəti adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Möhtərəm Prezidentimizin cənab İlham Əliyevin dediyi kimi Qarabağ Azərbaycandır, Qarabağ bizimdir!
    Şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağını Əhəd Abıyev şəhidin atası Əli Haxverdiyevə təqdim edib.
    Qeyd edək ki, Novruz Haxverdiyev Vətən müharibəsində itkin düşən hərbçilərdən idi.
    Şəhid Novruz Haxverdiyev Daşkəsəndə dəfn edildi - FOTOLAR
    Şəhid Novruz Haxverdiyev Daşkəsəndə dəfn edildi - FOTOLAR
    Şəhid Novruz Haxverdiyev Daşkəsəndə dəfn edildi - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər