Daşkəsəndə 20 Yanvar faciəsinin ildönümü münasibətilə Rayon Şəhidlər Xiyabanı ziyarət edilib – FOTOLAR

Daşkəsəndə 20 Yanvar faciəsinin ildönümü münasibətilə Rayon Şəhidlər Xiyabanı ziyarət edilib – FOTOLAR
  • Sosial

  • Bu gün Daşkəsəndə 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər.

    Asiya.az
    xəbər verir ki, Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin adından Şəhidlər xiyabanındakı əbədi məşəlin önünə əklil qoyulub.
    Rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, ictimaiyyət nümayəndələri və sakinlər qəmli musiqi sədaları altında şəhid məzarlarını ziyarət edib, tər güllər düzüblər.

    Rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev Şəhidlər xiyabanında çıxış edib. O, çıxışında deyib:
    - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü açdı.

    Xalq o günlərdə böyük bir həqiqəti – meydanda həqiqi liderin olmamasını da bütün mahiyyəti ilə dərk etdi. Qüdrətli liderin respublikada yoxluğu kimi dərk olundu. Amma xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu.
    Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarıl-masını tələb etdi.

    Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi – özü də imperiyanın mərkəzində, Moskvada...
    Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən möhtərəm Prezident Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 20 Yanvar faciəsində müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir.
    Bu il xalqımız 20 Yanvar hadisələ¬rinin otuz birinci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.

    Sentyabrın 27-dən başlayan cəmi 44 gün çəkən tarixi qələbəmizi qazanan, Vətən müharibəsini başa çatdıran 30 il erməni işğalı altında olan Qarabağı azad edən möhtərəm Prezidentimiz müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin möhtəşəm tarixi zəfərini bütün dünya qəbul edib Cənubi Qafqazda yeni reallıqların meydana gəlməsi faktı ilə razılaşıb. Xalqımızın birliyi hesabına qəhrəman Azərbaycan ordusu dövlətimizin üçrəngli bayrağını əsrlər boyu yaşadacağını bütün dünyaya bəyan etdi.
    Qarabağ Azərbaycandır!

    Allah bütün şəhidlərimizə rəhmət eləsin, əziz ruhları şad olsun!
    Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, rayon ağsaqqalları və veteranları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. Həmçinin Vətən müharibəsi iştirakçıları ilə görüşən Əhəd Abıyev torpaq uğrunda canından keçən hər bir şəhidin, hər bir qazinin cəmiyyətimiz üçün nümunə olduqlarını və heç vaxt unudulmayacaqlarını bildirib. Əhəd Abıyev vurğulayıb ki, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə Daşkəsən rayonunda şəhid ailələrinin üzvləri və qazilər ilə görüşlərin keçirilməsi davam edəcək, dövlətin yaratdığı bütün imkanlardan onların istifadə etmələri üçün köməklik olunacaqdır.

    Qeyd edək ki, Vətən müharibəsindən sonra Daşkəsən rayon Şəhidlər xiyabanının kompleks formada müasir şəkildə abadlaşdırılması və yenidən qurulması işləri davam etdirilir. Daşkəsən rayonunun Şəhidlər xiyabanında şəhidlərimizin məzar daşlarının hazırlanması, yas mərasimlərinin təşkili və digər yardımların göstərilməsi Daşkəsən rayon İcra hakimiyyətinin daxili imkanları hesabına olunub.
    Daşkəsəndə 20 Yanvar faciəsinin ildönümü münasibətilə Rayon Şəhidlər Xiyabanı ziyarət edilib – FOTOLAR
    Daşkəsəndə 20 Yanvar faciəsinin ildönümü münasibətilə Rayon Şəhidlər Xiyabanı ziyarət edilib – FOTOLAR
    Daşkəsəndə 20 Yanvar faciəsinin ildönümü münasibətilə Rayon Şəhidlər Xiyabanı ziyarət edilib – FOTOLAR
    Daşkəsəndə 20 Yanvar faciəsinin ildönümü münasibətilə Rayon Şəhidlər Xiyabanı ziyarət edilib – FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər