Kavani “Mançester Yunayted”in tarixinə düşüb

Kavani “Mançester Yunayted”in tarixinə düşüb
  • İdman

  • İngiltərə Premyer Liqasının XVIII turunda “Fulhem”in qonağı olan “Mançester Yunayted” 2:1 hesablı qələbə qazanıb.

    Asiya.az
    saytının məlumatına görə, “qırmızı şeytanlar”ın hücumçusu Edinson Kavani komandasının ilk qolunu vurmaqla tarixə düşüb.

    21-ci dəqiqədə fərqlənən kolumbiyalı forvard “mankunianlar”ın heyətində ilk 4 qolunun hamısına səfərdə imza atmaqla yeni rekord müəyyənləşdirib.

    Qeyd edək ki, “Mançester Yunayted” hazırda 40 xalla Premyer Liqaya başçılıq edir. Kavani mançesterlilərə mövsümün əvvəlində PSJ-dən keçib.
    PAYLAŞ:

    Oxşar xəbərlər