Millimizin sabiq futbolçusu koronavirusdan öldü

Millimizin sabiq futbolçusu koronavirusdan öldü
  • İdman

  • Azərbaycan millisinin keçmiş futbolçusu Gennadi Drozdov vəfat edib.

    Asiya.az
    xəbər verir ki, bu barədə apasport.az saytına Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

    O bildirib ki, veteran müdafiəçinin ölümünə səbəb koronavirusa yoluxması olub. Moskvada yaşayan Drozdov eyni zamanda xərçəng xəstəliyindən əziyyət çəkirdi. Veteran futbolçu 62 yaşında vəfat edib.

    Qeyd edək ki, Gennadi Drozdov 1994-cü ildə Azərbaycan millisinin heyətində Rumıniya ilə (0:3) AVRO-1996-nın seçmə mərhələsi çərçivəsində meydana çıxıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər