Düşmənin növbəti həyasızlığı: Ermənistan Azərbaycanı məhkəməyə verdi

Düşmənin növbəti həyasızlığı: Ermənistan Azərbaycanı məhkəməyə verdi
  • Dünya / Manşet

  • Ermənistan Azərbaycanı beynəlxalq məhkəməyə verib.

    Asiya.az
    xəbər verir ki, rəsmi Yerevan 44 günlük müharibə zamanı və bundan sonrakı dönəmdə Azərbaycanın beynəlxalq konvensiyaları pozaraq Ermənistanda və Qarabağda yaşayan ermənilərin hüquq və azadlıqlarını pozduğuna, şəxsi əmlak və təhsil haqqını əlindən aldığına görə Avropa Şurası İnsan Haqları Məhkəməsinə dövlətlərarası şikayət ünvanlayıb.

    Şikayət ərizəsi fevralın 1-də təqdim edilib. Bu barədə Ermənistanın Avropa Şurası İnsan Haqları Məhkəməsindəki nümayəndəliyinə istinadla RİA "Novosti” məlumat verir.

    Qeyd edilir ki, bu İrəvanın Avropa Şurası İnsan Haqları Məhkəməsinə ünvanladığı ilk dövlətlərarası şikayətdir.

    "Şikayət ərizəsində diğər məsələlərlə yanaşı, hərbi əsirlərin və mülki şəxslərin, Dağlıq Qarabağdan köçürülmüş əhalinin, yaralı vətəndaşların və həlak olanların doğmalarının, əmlakını itirmiş insanların, yerli və beynəlxalq KİV nümüyəndələrinin hüquqlarının qorunması məsələləri yer alıb”,- deyə məlumatda bildirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər