Günəbaxan yağının qiyməti kəskin bahalaşacaq – Səbəb nədir?

Günəbaxan yağının qiyməti kəskin bahalaşacaq – Səbəb nədir?
  • İqtisadiyyat

  • Pandemiya dövründə kənd təsərrüfatı məhsullarının istehsalının azalması bitki yağlarının bahalaşmasına səbəb olur. Qiyməti daha çox artan bitki yağları arasında liderlik günəbaxan yağına məxsusdur.

    Asiya.az
    bildirir ki, dünyada bitki yağının qiymətində nəzərəçarpacaq artım var və bu dinamika 2020-ci ilin son rübündə daha da güclənib. Ötən ilin dekabrında günəbaxan yağının bir tonunun qiyməti 2019-cu ilin dekabrına nisbətən 25,7 faiz artıb. Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən 912 dollar olan qiymət 2020-ci ilin sonunda 1350 dollara çatıb.

    Yağın bahalaşması dünyada günəbaxan toxumu istehsalının azalması ilə bağlıdır. Quraqlıq və pandemiya ilə əlaqədar günəbaxan tumu istehsalında əsas ölkələr olan Rusiya, Ukrayna və Moldovada istehsal xeyli azalıb. Bu ölkələrdə istehsalın azalması bütün dünyada günəbaxan tumu istehsalının 10 faiz azalmasına səbəb olub.

    İstehsalın azalması günəbaxan yağı idxal edən ölkələrdə qiymət artımlarını gücləndirib. Azərbaycan da əsasən günəbaxan yağını idxal etdiyindən ölkəmizdə qiymət artımları nəzərə çarpır. Rəsmi statistikaya görə günəbaxan yağının qiyməti 2020-ci ilin noyabrında əvvəlki ilin eyni ayına nisbətən 2,7 faiz, dekabrında isə 3,5 faiz artıb. Nəticədə 2020-ci ilin əvvəlində 2,8 qəpik olan 1 litr günəbaxan yağının orta qiyməti ilin sonunda 3,1 manatı ötüb. Hər litrdə yağın 30 qəpik bahalaşması müşahidə edilib.

    Azərbaycana ildə 50 min tondan artıq günəbaxan yağı idxal edilir. Onun bir hissəsi birbaşa satışa, qalan hissəsi təkrar emala gedir. Müşahidələrə əsasən günəbaxan yağının orta qiyməti 2021-ci ilin yanvarında 3,3 manata yüksəlib. Bu vəziyyətdə əhali bahalaşmanı hiss etməkdədir.
    PAYLAŞ:

    Oxşar xəbərlər