Mədəniyyət komitəsinin sədri Xalq Rəssamı Ağaəli İbrahimovla görüşüb - FOTO

Mədəniyyət komitəsinin sədri Xalq Rəssamı Ağaəli İbrahimovla görüşüb - FOTO
  • Mədəniyyət

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Xalq rəssamı, Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimovla Mədəniyyət Komitəsində görüşüb.

    Asiya.az
    xəbər verir ki, Millət vəkili Xalq rəssamını onu 75 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

    "Hörmətli Ağaəli müəllim,
    Sizi, görkəmli Azərbaycan rəssamını 75 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı diləyirik!
    Siz 1966-cı ildən ümumrespublika və beynəlxalq sərgilərdə iştirak edirsiz, əsərləriniz Türkiyə, ABŞ, Almaniya, Böyük Britaniya, Bolqarıstan, Fransa, İtaliya, Rusiya, Suriya və digər ölkələrdə nümayiş olunub.
    Siz Azərbaycan Respublikasında incəsənətin rəssamlıq sahəsində böyük yaradıcılıq uğurları qazandığınıza görə 2006-cı ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə "Xalq rəssamı" fəxri adına layiq görülmüsüz.
    Sizi bir daha yubileyiniz münasibəti ilə təbrik edir, Komitəmizin üzvlərinin ən xoş diləklərini yetirirəm"!

    Komitə sədri. əslən Şuşadan olan yubilyara üzərində "Şuşa Azərbaycandır!" yazılmış qol saatı və Komitə adından Təbrik Məktubu təqdim edib.

    Xalq rəssamı çağdaş mədəniyyət və incəsənət aləminə dair mülahizələrini bölüşüb, səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.

    Görüşdə telejurnalist Mehriban Əliyeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova iştirak ediblər.
    Mədəniyyət komitəsinin sədri Xalq Rəssamı Ağaəli İbrahimovla görüşüb - FOTO
    Mədəniyyət komitəsinin sədri Xalq Rəssamı Ağaəli İbrahimovla görüşüb - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər