Qənirə Paşayeva Vətən Müharibəsi qazisi David Eduardoviç Sadayevlə görüşüb - FOTO

Qənirə Paşayeva Vətən Müharibəsi qazisi David Eduardoviç Sadayevlə görüşüb - FOTO
  • Sosial

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsi qazisi, Bakı şəhər, Nəsimi rayon sakini David Eduardoviç Sadayevlə Milli Məclisdə görüşüb.

    Asiya.az
    xəbər verir ki, Millət vəkili qazini tarixi zəfər münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb: “Əziz qazimiz, siz Azərbaycan Vətən Müharibəsinin ilk günlərindən öncəbhədə olmusuz, Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində döyüşlərdə iştirak etmisiz. Azərbaycanın Milli Qəhrəmanı adına layiq görulmüs əfsanəvi tankçı Albert Aqarunovun vətəncanlılığı, peşəkarlığı 44 günlük müharibədə neçə-neçə yəhudi vətəndaşımız tərəfindən davam etdirildi, təkrarlandı. Siz də onlardan biri kimi döyüşlərdə iştirak etmisiz. Albertin ruhu bugün şaddır. Bütün şəhidlərimizə Tanrıdan rəhmət dəyirik.
    Sıralarında döyüşdüyünüz qəhrəman Ordumuz torpaqlarımızı Ermənistanın işğalından azad edərək, hərb tarixinə yeni qızil səhifələr yazdı.
    Sizi düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edirəm”!

    Q.Paşayeva D.Sadiyevə Mədəniyyət Komitəsi adından Təşəkkür və Təbrik Məktubu təqdim edib.

    D.Sadiyev səmimi görüş üçün Komitə sədri Q.Paşayevaya təşəkkür edib.
    Qənirə Paşayeva Vətən Müharibəsi qazisi David Eduardoviç Sadayevlə görüşüb - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər