Daşkəsənin polis rəisi Masallı Polis Şöbəsinə rəis təyin edildi

Daşkəsənin polis rəisi Masallı Polis Şöbəsinə rəis təyin edildi
  • Siyasət / Araşdırma

  • Daxili İşlər Nazirliyində növbəti kadr islahatı aparılıb.

    Asiya.az
    xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, Daşkəsən Rayon Polis Şöbəsinin rəisi polis polkovnik-leytenatı Azay Ağayev vəzifəsindən azad edilib.

    Qeyd edək ki, bir neçə gün öncə Daxili İşlər nazirinin əmri ilə Masallının sabiq polis rəisi Habil Əmiraslanov Tovuz rayon Polis Şöbəsinə rəis təyin edilmişdi.

    Həmin gün xəbər saytlarının yayımladığı digər xəbərdə isə Neftçala rayon polis şöbəsinin rəisi polkovnik Vüsal Şəbəndəyev tutduğu vəzifədən azad edilərək Masallı rayon Polis Şöbəsinə rəis təyin edildiyi bildirilirdi.
    Bu məlumat öz təsdiqini tapmadı.
    PAYLAŞ:

    Oxşar xəbərlər