Çempionlar Liqasında 1/8 final mərhələsi başlayır

Çempionlar Liqasında 1/8 final mərhələsi başlayır
  • İdman

  • Bu gün avrokuboklarda qış fasiləsi başa çatacaq.

    Asiya.az
    saytının məlumatına görə, Çempionlar Liqası 1/8 finalın ilk oyunları ilə bərpa olunacaq.

    Bu mərhələnin ilk qarşılaşmaları iki həftəni əhatə edəcək. Dörd matç bu həftə keçiriləcək.

    Oyunlardan ikisi bu gün baş tutacaq. Həftənin ən maraqlı qarşılaşması İspaniyada təşkil olunacaq. “Barselona” öz meydanında PSJ-ni qəbul edəcək.

    Günün digər görüşü Budapeştdə keçiriləcək. “Leypsiq” “Liverpul”u Macarıstanda qəbul edəcək. Buna səbəb İngiltərə təmsilçisinin koronavirus səbəbindən Almaniyaya gedə bilməməsidir.

    İkinci oyun günü Kriştiano Ronaldonun vətəni Portuqaliyaya qonaq kimi dönməsi ilə əlamətdar olacaq. Onun çıxış etdiyi “Yuventus” “Porto”nun qonağı olacaq.

    Günün digər matçı da Pireney yarımadasında keçiriləcək. “Sevilya” öz meydanında Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək.

    Qeyd edək ki, ilk oyunlara fevralın 23-24-də keçiriləcək matçlarla yekun vurulacaq.

    Çempionlar Liqası
    1/8 final mərhələsi, ilk oyunlar

    16 fevral
    00:00. “Leypsiq” (Almaniya) – “Liverpul” (İngiltərə)
    00:00. “Barselona” (İspaniya) - PSJ (Fransa)

    17 fevral
    00:00. “Porto” (Portuqaliya) - “Yuventus” (İtaliya)
    00:00. “Sevilya” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya)
    PAYLAŞ:

    Oxşar xəbərlər