Qənirə Paşayeva şəhid Vüsal Şirinovun atası ilə görüşdü

Qənirə Paşayeva şəhid Vüsal Şirinovun atası ilə görüşdü
  • Sosial

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi Vüsal Şirinovun atası, Qusar rayonunun Ləgərqışlaq kənd sakini Novruz Şirinovla Milli Məclisdə görüşüb.

    Asiya.az
    xəbər verir ki, görüşdə Axıska Türklərinin "Vətən" İctimai Birliyinin başqanı İsmayıl Rəhimov, Birliyin Şimal bölgə başqanı Səlimcan Rizmanov iştirak edib.
    Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş 18 yaşlı əsgərin atasına müraciət edən Q.Paşayeva, əsgərin döyüş yolu və ailənin qayğıları ilə maraqlanıb, öz ürək sözlərini bölüşüb:

    "İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid əsgərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik!

    Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərkən şəhid olan oğlunuz Azərbaycan Prezidentinin Sərəncamları ilə hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə və Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
    Vüsal kimi gənclərimizlə hər zaman qürur duyacağıq!

    Tanrımıza şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşmən ağır məğlubiyyətə uğradılıb. Bu tarixi zəfər münasibəti ilə Sizi, doğmalarınızı bir daha təbrik edir, vətənpərvər övlad böyütdüyünüz üçün Sizə təşəkkür edirik"!

    Şəhid atasına Komitə adından Məktub və xatirə hədiyyələri təqdim edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər