Gürcüstana hava yolu ilə səfər edəcək Azərbaycan vətəndaşları üçün qaydalar sadələşdirilib

Gürcüstana hava yolu ilə səfər edəcək Azərbaycan vətəndaşları üçün qaydalar sadələşdirilib
  • Dünya

  • Gürcüstan hökuməti Azərbaycandan hava yolu ilə ziyarətçilərin qəbulu qaydalarının daha da sadələşdirilməsi barədə qərar qəbul edib.

    Asiya.az
    -ın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Qurumlararası Koordinasiya Şurasının iclasında çıxış edən Baş nazir İrakli Qaribaşvili bildirib.

    Onun sözlərinə görə, Azərbaycan, Rusiya, Ukrayna və Ermənistan vətəndaşlarının Gürcüstana hava yolu ilə daxil olmaları sadələşdiriləcək.

    Baş nazir qeyd edib ki, ölkənin quru sərhəd-keçid məntəqələrində cari rejim saxlanılacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər