Daha bir əsgərimiz minaya düşərək şəhid oldu - FOTO

Daha bir əsgərimiz minaya düşərək şəhid oldu - FOTO
  • Hərb

  • Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Musayev Səhman Qəşəm oğlu minaya düşərək şəhid olub.

    Asiya.az
    xəbər verir ki, bu barədə "Qafqazinfo"ya Səhman Musayevin yaxınları məlumat verib.

    Tərxis olunmasına 1 ay qalmış əsgərin Füzuli istiqamətində minaya düşdüyü bildirilib. Şəhidimizin nəşi doğulduğu Göygöl rayonuna gətirilib, bu dəqiqələrdə vida mərasimi keçirilir.

    Səhman Musayev Göygölün Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

    Müdafiə Nazirliyindən isə "Qafqazinfo"ya bildirilib ki, hadisə ilə bağlı məlumat veriləcək.
    Daha bir əsgərimiz minaya düşərək şəhid oldu - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər