Bakıda tramvayların bərpası, yaxud BNA-nın yeni tıxac, cərimə, maxinasiya qoxusu gələn layihəsi?!

Bakıda tramvayların bərpası, yaxud BNA-nın yeni tıxac, cərimə, maxinasiya qoxusu gələn layihəsi?!
  • Sosial / İqtisadiyyat / Manşet

  • Bakının və paytaxtətrafı sinirgəmirən ictimai nəqliyyat problemləri niyə aradan qalxmır, nə üçün azalmir?!

    Əhalinin rifahı üçün hər zaman sosial layihələrə önəm verən Prezident İlham Əliyevin sərəncamı ilə milyardlarla pul xərclənərək salınan yeni, Avropastandartli yol-nəqliyyat infrastrukturu, dünyada analoqu az tapılan, təzə inşa olunan nəqliyyat qovşaqları, minlərlə lyuks ictimai nəqliyyat vasitələrinin alınması belə bu ağrılı problemləri zəiflətməyib, əksinə, novbətilərini əlavə edib…

    Bütün səylərə rəğmən, büdcə udan, dövlətə xeyir verməyən, əksinə, ziyanla çalışan Bakı Nəqliyyat Agentliyi, o cümlədən Bakı Bus MMC-in aqibəti hələ də qaranlıq və müəmmalıdır.

    Dövlət başçısının Bakı Bus MMC-nin BNA-dan alınaraq Dövlət İnvestisiya Fondunun idarəçiliyinə verilməsi haqqında qərarı başadüsüləndir və vaxtında atılan addimd saymaq olar.

    “Bakı Bus” BNA-dan niyə alındı?!
    Bakı Bus MMC-nin Azərbaycan İnvestisiya Holdinqinə verilməsi ilə bağlı təhvil-təslim prosesinə cəlb olundu.

    Bunu mediada Prezident İlham Əliyevin “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmana dəyişiklik edilməsi barədə qərarını şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, atılan addımlar ölkə iqtisadiyyatının dirçəlməsinə yönəlib:

    “İctimai nəqliyyat sektorunda rentabellik, gəlir tənzimlənməlidir. İctimai nəqliyyat sahəsində sahibkarlar həm qazanc əldə ediblər, həm də bu işi görüblər. Amma dövlət qurumları bunu bacarmır. Hətta Prezident İlham Əliyev müşavirələrin birində bununla bağlı irad səsləndirdi. Xüsusən də AZAL-ın adını çəkdi və dedi ki, bugünədək dövlət tərəfindən maliyyə ayrılsa da, geriyə pul qayıtmır. Prezidentin yürütdüyü siyasət budur ki, dövlət tərəfindən yaradılan müəssisələr həm də dövlətə xeyir verməlidir. Necə olur ki, sahibkar bundan gəlir əldə edə bilir, amma dövlət yox? Üstəlik, Bakı Bus MMC-nin avtobusları müasir, rahat, tutumu çoxdur. Buna görə atılan addımlar “Bakı Bus”un dövlətə xeyir verməsi üçündür. MMC-nin maliyyə hesabatları ilə tanış deyiləm. Çünki bugünədək belə bir hesabatın açıqlanmasının şahidi olmamışam. Buna görə də “Bakı Bus”un dövlətə xeyir və ya ziyan verməsi haqda bir söz deyə bilməyəcəm”.

    Ekspert onu da qeyd edib ki, nəqliyyat sektoruna aid digər qurumlar da İnvestisiya Holdinqinə verilməlidir:

    “Gələcəkdə nəqliyyat sektoruna aid olan qurumların İnvestisiya Holdinqinə verilməsi proseslərdən asılı olacaq. Mənə elə gəlir ki, bu sektora aid olan bütün qurumlar istənilən halda gəlir gətirə bilər. Sadəcə, bu sektora aid olan bir neçə şirkət var ki, orada yeyinti halları olur. İnvestisiya Holdinqinin bu şirkətlərə nəzarət etməsi ən doğru addımdır. Həmin qurumların rəhbərləri bəzən elə fikirləşirlər ki, dövlət tərəfindən ayrılan pulları dağıtmaq və bir hissəsini həmin işə cəlb etmək olar. Çox istərdim ki, bəzi qurumlar da nəzarətdən kənar qalmasın”.

    Başı cəriməyə qarışan BNA nəylə məşğuldur bəs?!

    Bir ara dövlət hesabına alinan, köhnə texnologiyalı, paytaxtin ekologiyasını soyqırıma məruz qoyan, beş ildən çoxdur butun dünyada istismarından imtina edilən dizel və qismən tezalışmaqlıgıyla qəzalara, yanginlara səbəb olan maye qazla çalışan avtobusların alışı ilə bagli şübhəli tenderlərin ilə mənfi imic qazanan BNA onun qarşısına qoyulan ciddi, dövlət əhəmiyyətli fəaliyyət planlarını yerinə yetirə bilirmi?

    Bəzi fakteoloji məsələlərə nəzər salaq.

    l Avropa oyunlarına gölgə salan, xarici idmançılar əzərək öldürən, (bütün bunlara görə də biz vergiödəyənlər öz cibimizdən yüzminlərlə qan və sığorta pulu ödəyirik), az qala, hər gün qəza törədən, adam vuran, yanğın şəraiti yaradan, qanun pozan, avtosluq edən, sərnişinlərə qarşı kobudluq edən, spirtli içki içərək sükan arxasına kecən, hətta narkotika qəbulla etməklə yaxalanan sürücülərin sevimli qurumuna STOP deyən tapılacaq görəsən?

    Bu gün paytaxtda velosiped infrastrukturu demək olar ki, yoxdur. Lakin qarşıda velosiped zolaqlarının çəkilməsi nəzərdə tutulur.

    Bu günlərdə isə BNA daha da irəli gedərək başqa istahaya düşdüyünü nümayiş etdirir.

    Belə ki, Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev AzTV-nin efirində yayımlanan “Evimizdə” proqramında deyib ki paytaxtda tramvay yolları salınacaq, tramvay xətti yaradılacaq.

    XXl əsrdə dünya ictimai nəqliyyatda pilotsuz elektrik avtobuslarına və dronlarla keçdiyi bir vaxtda milyarlar xərcləyərək XlX əsrin köhnə texnologiyasını şəhərinə gətirməyin adı nə qoyaq?

    Qat-qat səmərəli, ucuz başa gələn trolleybus yox, yerüstü yüngül metro, indi adiləşən elektrobus deyil, məhz cox bahalı, səmərəsi az olan, ən əsası da bu günlərdə Bakının dar, dolanbac yollarına uyğun gəlməyən avtobuslar üçün ayrılması nəzərdə tutulan “cığır” (əslində isə ayrıca yol daha çox milli sürücüləri tələyə salaraq cərimələmək üçün dusunülub sanki) kimi relslər də əlavə tıxac yaradacağı və paytaxt yollarını cəhənnəmə çevirəcəyi aydın görsənir.

    Təsəvvür edin, tramvay strukturu üçün yeni depolar, emalatxanalar, xüsusi dayanacaqlar yaradılmalı, dəmiryolları salınması uçun yollaq qazılmalı, asfalt dağıdılmalı, yeraltı kanalizasiya, telefon, qaz, su, elektrik və başqa, məsələn yağiş sularının kollektorları və s. kommunikasiya xətlərinin yeri dəyisilməli, təzədən bərpa edilməli, yenidən asfaltlaşma, relslərin çəkilməsi prosesi illərlə tixaclara rəvac veəklə yanaşı milyonlar, milyardlar deməkdir. Üstəlik də xaricdən alınacaq tramvaylar, relslər, rels yoları üçün avadanlıqlar, yenidən quraşdırılacaq elektrik xətləri və cihazlarına da yüz milyonlar ötürüləcək, həm də sapkalarini, yeyintiləri də gəlin üstünə. Özü də bu gün tramvay istehsal edən azsaylı xarici zavodlar var və onların da bir çoxu zərərlə işlədiyinə görə baglanır deyə, qiymətləri çox bahadir. Əlbəttə, BNA bəhanəsi ola bilər ki, biz yeni nəsil elektrotramvaylar alıb gətirəcəyik. Araşdırmamızı əvvəlindəki elektrobuslar əvəzinə dizelmuhərrikli kohnətexnologiyali Cin avtobusları haqqında məlumatı yada salaq.

    Baxın, yeni tixaclarda qalan, onlarda qalan və saatlarla işləyəcək fərdi nəqliyyat vasitələrinin havaya buraxdığı qazlar, səs-küy, verilən sinirlər, sosial gərginlik, qəzaların çoxalması, vaxt itkiləri, kütləvi cərimələnmələr və ən əsası da bizi indi daha çox maraqlandırmalı, ictimai qınağa tuş gəlməli məsələ büdcəyə ödədiyimiz, dövlətin göyə sovrularaq oradan da kimlərinsə cibinə – xarici bank hesablarına düşəcək milyardlarla maliyyə itkiləridir!!!

    Bakı tramvaylarsız niyə keçinə bilmir?!

    BNA sözçüsünün sözlərinə görə, 2021‒2030-cu illər üzrə “Dövlət Proqramı” çərçivəsində basiqalma qa alli qurumun qarşısında dayanan “fövqəl” vəzifələr var:

    “2030-cu ilə qədər bizim milli prioritetlərimiz təsdiq edilib. Orada bir bənd yaşıllaşdırma ilə bağlıdır ki, məqsədimiz şəhər nəqliyyatını müasirləşdirməkdir. Bu yolla həm də şəhərin ətraf mühitinin qorunmasını təmin etmiş olacağıq. Bu çərçivədə müxtəlif nəqliyyat növlərini məşhurlaşdırmağa çalışırıq. Bu gün insanlar yalnız şəxsi nəqliyyat vasitələrindən, metro və avtobuslardan istifadə edirlər. Çox istərdik ki, paytaxtda tramvaylardan da istifadə olunsun. Bu istiqamətdə işlər gedir.

    Maraqlıdır ki, BNA guya eyni zamanda velosiped sürənləri də nəzərdə tutur…

    Mayis bəyin dediklərindən: bizim əsas hədəflərimizdən biri də odur ki, velosiped yalnız idman həvəsi kimi yox, nəqliyyat növü kimi məşhurlaşsın. Bunun üçün də müəyyən infrastruktur yaradılmalıdır. Təəssüf ki, bu gün velosiped infrastrukturu demək olar ki, yoxdur. Bəzən özüm də həftəsonu işə velosipedlə getmək istəyirəm, yalnız düşünürəm ki, hansı yolla gedim? Təəssüf ki, getmək olmur”.

    M.Ağayev onu da əlavə edib ki, yollarda velosiped zolaqlarının çəkilməsi, velosiped infrastrukturunun qurulması 2021-ci ilin iş planına əlavə olunub:

    “İlkin olaraq pilot layihə həyata keçirməyə çalışırıq. Əsasən mərkəzi küçələrdə və bulvar ərazisini əhatə edən velosiped zolağının təşkil edilməsi gözlənilir. Daha sonra bir neçə maraq dairəsini birləşdirən zolaqlar çəkiləcək. Məsələn, Bakı Olimpiya Stadionu, Atletlər kəndini, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi, Gimnastika arenasını birləşdirən bir velosiped zolağı. Bu da daha sonra bir şəbəkə halını alacaq. Bu işlər nəzərimizdə var.

    Beləcə, araşdırmamızın ilk hissəsinə yekun vurub üzümüzü əlaqədar orqanlara tuturuq: kimsə yazdıqlarımızla rəsmi maraqlanacaqmı?

    P.S. Maraqlı tərəflərin mövqeyini verməyə hazırıq.

    Yazı Vətəndaş Cəmiyyəti Alyansı və Yenimedia.net sosial-informasiya portalının birgə təşkil etdiyi “Sosial Nəzarət” Analitik Qrupunin rəsmi təsisatlarının ictimai monitorinqinin materialları əsasında hazırlanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər