"Instagram"da yeni funksiya: artıq bunu edə biləcəksiniz

"Instagram"da yeni funksiya: artıq bunu edə biləcəksiniz
  • Maraqlı

  • "Instagram” sosial şəbəkəsi "Live Rooms” funksiyasını işə salacaq. Bunun vasitəsilə hər bir istifadəçi öz "canlı yayım”ına 1-3 nəfəri dəvət edə biləcək.

    Asiya.az
    xəbər verir ki, bu barədə "Instagram”ın sahibi olan "Facebook” kompaniyası bildirib.

    İndiyədək bərabər "canlı yayım”a yalnız bir istifadəçini dəvət etmək mümkün idi. "Bu gün biz instaqramda canlı yayıma əlavə üç nəfərlə çıxmağı icazə verəcək "Live Rooms”u təqdim edirik”, - məlumatda deyilir.

    Qeyd olunur ki, bu yenilik istifadəçilər üçün öz auditoriyası ilə qarşılıqlı əlaqə yaratmaq üçün daha çox imkanlar açacaq. Məsələn, onlarla tok-şou keçirmək və ya musiqi sessiyaları təşkil etmək üçün. Şirkətdə, həmçinin bu cür canlı yayımların keçirilməsi zamanı qaydalara riayət olunmasına nəzarət etmək üçün vasitələr hazırlanır və yeni audio funksiyaların tətbiqi üzərində çalışırlar, onlar yaxın aylarda istifadəyə veriləcək.//TASS
    PAYLAŞ:

    Oxşar xəbərlər