Qənirə Paşayeva bir qrup tanınmış və yeni nəsil yazarı ilə görüşüb - FOTO

Qənirə Paşayeva bir qrup tanınmış və yeni nəsil yazarı ilə görüşüb - FOTO
  • Mədəniyyət

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Sumqayıt Poeziya Evinin direktoru, şair-tərcüməçi İbrahim İlyaslı, "Hədəf" milli təhsil brendinin yaradıcısı, pedaqoq, yazıçı-publisist, ədəbiyyatşünas Şəmil Sadiq, "Söz" ədəbi layihəsinin rəhbəri, şair Nigar Həsənzadə, Mahmud Kaşqari Fondunun başqanı, şair-publisist Elxan Zal və Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair İntiqam Yaşarla görüşüb.

    Asiya.az xəbər verir ki, görüşdə ədəbiyyat, mədəniyyət sahəsində çalışan ziyalıların, ədəbiyyatçıların və onların başçılıq etdiyi, təmsil olunduğu qurumların "Nizami İli"ndə - haqlı olaraq mədəniyyət ili kimi xarakterizə olunan 2021-ci ildə həyata keçirməyi planlaşdırdığı layihələr, tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.
    Komitə sədri, istər 2020-ci ilin İyulunda Tovuzda baş vermiş döyüşlər, istərsə 44 günlük Vətən Müharibəsi zamanı türk ölkə və topluluqlarından olan qələm adamlarının Azərbaycana mənəvi dəstəyinin təmin edilməsi, eləcə də, döyüşən orduya mənəvi dəstək göstərilməsi sahəsində görüş iştirakçılarının yaddaalan fəaliyyətini xatırladıb, onlara yeni uğurlar arzulayıb.

    Sumqayıt Poeziya Evinin direktoru İ.İlyaslı, "Hədəf" milli təhsil brendinin yaradıcısı dos.dr. Ş.Sadiq, Söz" ədəbi layihəsinin rəhbəri N.Həsənzadə, Mahmud Kaşqari Fondunun başqanı E.Zal, DGTYB başqanı İ.Yaşar səmimi görüş üçün Komitə sədrinə təşəkkür edərək rəhbərlik etdikləri qurumlar adından ona fəxri fərman və plaketlər təqdim edib.

    Komitə sədri Q.Paşayeva yazarlara Qarabağ motivli xatirə hədiyyələri bağışlayıb.

    Görüşdə RHİM İB sədri Arzu Bağırova iştirak edərək öz ürək sözlərini bölüşüb.
    Qənirə Paşayeva bir qrup tanınmış və yeni nəsil yazarı ilə görüşüb - FOTO
    Qənirə Paşayeva bir qrup tanınmış və yeni nəsil yazarı ilə görüşüb - FOTO
    Qənirə Paşayeva bir qrup tanınmış və yeni nəsil yazarı ilə görüşüb - FOTO
    Qənirə Paşayeva bir qrup tanınmış və yeni nəsil yazarı ilə görüşüb - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər