Qənirə Paşayeva şəhid Cəmil Məmmədlinin anası ilə görüşüb - FOTO

Qənirə Paşayeva şəhid Cəmil Məmmədlinin anası ilə görüşüb - FOTO
  • Sosial

  • Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi Cəmil Məmmədlinin anası Aygün xanım Məmmədova ilə görüşüb.

    "Düşmən üzərində qələbə münasibəti ilə sevinci, qüruru və təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz" deyə ürək sözlərini bölüşən Qənirə Paşayeva, "Biz Sizə çox minnətdarıq! Şəhid oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik!" deyib.

    "Cəmil kimi gənclərimizlə hər zaman qürur duyacağıq! Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, vətəncanlı övlad böyütdüyünüz üçün Sizə öz dərin təşəkkürümüzü yetiririk"! - Q.Paşayeva sözünə əlavə edib.

    Səhid anasına Mədəniyyət Komitəsi adından Təşəkkür Məktubu, Qarabağ mövzusunda rəsm əsəri və xatirə hədiyyələri təqdim edilib.
    Görüşdə Milli Məclisin Komitə sədri Sadiq Qurbanov, RHİM İB sədri Arzu Bağırova iştirak edib və ürək sözlərini bölüşüblər.

    Qeyd edək ki Cəmil Habil oğlu Məmmədli (28.07.1999, İsmayıllı - 15.10.2020, Füzuli) -
    2005-2016-cı illərdə Bakının Səbail rayonundakı 163 saylı məktəbdə oxuyub; məktəbi bitirdiyi il Azərbaycan Texniki Universitetinə daxil olub. 2020-ci ilin yayında ali təhsilini başa vuraraq, həqiqi hərbi xidmətə gedib. Vətən Müharibəsinin ilk günündən döyüşlərdə iştirak edən Cəmil, Füzuli-Xocavənd istiqamətlərində döyüşüb. O, oktyabrın 14-dən 15-ə keçən gecə Füzuli istiqamətində ağır döyüşlərin birində qəhrəmancasına şəhid olub.
    Cəmil Məmmədli Azərbaycan Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
    Ruhu şad olsun!
    Görüşdə RHİM İB sədri Arzu Bağırova iştirak edib və ürək sözlərini bölüşüb.
    Qəhrəman şəhidimizin anasına Komitə adından Təşəkkür məktubu, Qarabağ mövzusunda rəsm əsəri və xatirə hədiyyələri təqdim edilib.
    Qənirə Paşayeva şəhid Cəmil Məmmədlinin anası ilə görüşüb - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər