Qənirə Paşayeva Aşıq Ələsgərin nəticəsi ilə görüşdü - FOTO

Qənirə Paşayeva Aşıq Ələsgərin nəticəsi ilə görüşdü - FOTO
  • Mədəniyyət

  • Azərbaycan Respublikası Milli Məclisi Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Aşıq Ələsgərin nəticəsi, "Dədə Ələsgər Ocağı" İctimai Birliyi Təşkilat Komitəsinin sədri Xətai İslam oğlu Ələsgərlə görüşüb.

    Asiya.az
    xəbər verir ki, görüşdə, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı müzakirələr aparılıb.
    Komitə sədri Azərbaycan Prezidentinin "Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında" 18 fevral 2021-ci il tarixli Sərəncamını minnətdarlıqla qeyd edərək, əlamətdar yubileylə bağlı respublikamızın və qardaş ölkələrin uyğunprofilli mədəniyyət qurumlarının, o cümlədən ortaq türk mədəniyyət quruluşlarının iştirakı ilə "onlayn" konfrans keçirilməsini təklif edib.

    Aşıq Ələsgərin nəticəsi, "Dədə Ələsgər Ocağı" İctimai Birliyi Təşkilat Komitəsinin sədri Xətai Ələsgər təklifi məmnuniyyətlə qəbul edib, bu təklifə görə öz təşəkkürünü bildirib.

    Görüşdə Millət vəkili Əziz Ələkbərli iştirak edib.
    Qənirə Paşayeva Aşıq Ələsgərin nəticəsi ilə görüşdü - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər