Millət vəkili Fəzail Miskinli ilə görüşdü - FOTO

Millət vəkili Fəzail Miskinli ilə görüşdü - FOTO
  • Mədəniyyət

  • Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti,
    sənətşünaslıq üzrə fəlsəfə doktoru, solo-saz ifaçısı Fəzail Miskinli ilə görüşüb.

    Asiya.az
    xəbər verir ki, Millət vəkili saz ifaçısını yubileyi münasibətilə təbrik edib, yeni uğurlar arzulayıb:

    "Sizi – tanınmış sənətçi, sevilən solo-saz ifaçısı, alim və pedaqoqu 45 illik əlamətdar yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm! Sizin istedadınız, peşəkarlığınız saz-söz vurğunları və sənət bilicilərimizə yaxşı məlumdur.

    Siz hələ 8 yaşınızda doğma Gədəbəydə keçirilmiş “Gədəbəyin yazı – aşığın sazı” yarışmasında birincilik qazanmısız.
    Siz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissorluğu fakültəsini 1997-ci ildə fərqlənmə diplomu ilə bitirmiş, magistraturaya daxil olmusuz. 1999-cu ildə isə magistraturanı başarı ilə bitirib, aspiranturaya daxil olmusuz və bugün yalnız sənətçi olaraq deyil, elmi-pedaqoji fəaliyyətinizlə seçilirsiz, monoqrafiyanız gün üzü görüb. Siz "Aşıq sənəti və teatr" adlı dərs vəsaitinin müəllifi, “Aşıq sənətinin tarixi və nəzəriyyəsi” proqramının həmmüəllifisiz.
    Türkiyə, Qazaxıstan, Qırğız Respublikası, Macarıstan, Malaziya, Almaniya, Fransa və İspaniyada keçirilən festivallarda xalq musiqisinin ifaçısı olaraq ölkəmizi uğurla təmsil etmisiz. Qardaş Türkiyədə keçirilən Uluslararası folklor musiqisi yarışmasının laureatı, Yunis Əmrə Kültür Mərkəzinin üzvüsüz. Həmçinin qardaş Qazaxstanın "Qurmanqazi" ödülünə, Qırğız Respublikasının "Manas" ödülünə layiq görülmüş, Malaziyada "Müsəlman dünyasi Folklor musiqisi" festivalının laueratı olmusuz.
    Sizi bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm!"

    Komitə sədri Q.Paşayeva yubilyara komitə adından Təbrik məktubu və Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

    Görüşdə RHİMİB sədri Arzu Bağırova iştirak edib.
    Millət vəkili Fəzail Miskinli ilə görüşdü - FOTO
    Millət vəkili Fəzail Miskinli ilə görüşdü - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər