Millət vəkili gitara ifaçısı Rəhman Məmmədli ilə görüşdü - FOTO

Millət vəkili gitara ifaçısı Rəhman Məmmədli ilə görüşdü - FOTO
  • Mədəniyyət

  • Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva tanınmış tar və gitara ifaçısı Rəhman Məmmədli ilə görüşüb.

    Asiya.az
    xəbər verir ki, Millət vəkili Rəhman Məmmədlini yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

    "Hörmətli Rəhman müəllim,
    Sizi - tanınmış sənətçi və pedaqoqu, mahir gitara və tar ifaçısını 60 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, yeni uğurlar diləyirəm!
    Siz müxtəlif vaxtlarda Ə.Bakıxanov ad. Xalq çalğı alətləri ansamblının və dünya şöhrətli Xalq artisti Zeynəb Xanlarovanın ansamblının üzvü olaraq, fərqli ölkələrdə yaddaqalan konsert proqramı ilə çıxışlar etmisiz.

    2008-ci ildə qardaş Türkiyənin televiziya kanalları tərəfindən Sizin haqqınızda verilişlər çəkilib, televiziya konsertləri hazırlanıb. Eləcə də həmin il dünya şöhrətli “Duyğu Müzik” şirkəti tərəfindən musiqi albomunuz hazırlanıb və Avropa ölkələrində təbliğ olunub. 2016-cı ildə Tehranda, daha sonra müxtəlif illərdə Ərdəbil şəhərində konsert proqramı ilə çıxış etmiş, Təbriz şəhərində ustad dərsləri keçmisiz. 2016-cı ilin may ayında Bakıda “EtnoClass” orkestri ilə birgə solo konsert proqramınız olub.
    2017-ci ildə ABŞ-ın ünlü “Global Heart Media” şirkətinin dəvəti ilə Texas Ştatının Dallas və Hyuston şəhərlərindəki konsert proqramlarınız da yaddaqalan olub.
    Siz dəfələrlə döyüş bölgələrində əsgərlər qarşısında konsertlərdə iştirak etmisiz. Hazırda Füzuli şəhər 3 saylı Uşaq musiqi məktəbində tar müəllimi vəzifəsində çalışırsız. Çox şadıq ki bu ilki yubileyinizi doğma Füzulinin, digər şəhər və rayonlarımızın azad edilməsinin sevinci, qüruru ilə keçirirsiz.
    Oğlunuz Tural Məmmədli də Sizin sənət yolunuzun davamçısıdır.
    Sizi 60 illik yubileyiniz münasibəti Mədəniyyət Komitəsi adından bir daha ilə təbrik edir, ən xoş diləklərimizi yetirirəm"!

    Yubilyara Mədəniyyət Komitəsinin Təbrik məktubu və xatirə hədiyyələri təqdim edilib.

    Görüşdə RHİM İB sədri Arzu Bağırova iştirak edib və ürək sözlərini bölüşüb.

    Yubilyar səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.
    Millət vəkili gitara ifaçısı Rəhman Məmmədli ilə görüşdü - FOTO
    Millət vəkili gitara ifaçısı Rəhman Məmmədli ilə görüşdü - FOTO
    Millət vəkili gitara ifaçısı Rəhman Məmmədli ilə görüşdü - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər