Millət vəkili və QHT sədri Orxan Fikrətoğlu ilə görüşdü - FOTO

Millət vəkili və QHT sədri Orxan Fikrətoğlu ilə görüşdü - FOTO
  • Cəmiyyət

  • Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu ilə görüşüb.

    Asiya.az
    xəbər verir ki, Millət vəkili Orxan Fikrətoğlunu yubileyi münasibətilə təbrik edib, yeni uğurlar arzulayıb:

    "Sizi – tanınmış yazıçı, ssenarist, rejissor və jurnalisti 55 illik əlamətdar yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
    Sizin ziyalılığınız, peşəkarlığınız, xəqli duyğu və düşüncələri çağdaş çağırışlarla uyumlu şəkildə sənətdə əks etdirməniz oxucu və tamaşaçılarımıza yaxşı məlumdur.
    Siz müxtəlif dövrlərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının, Dövlət Kino Komitəsinin, “AzərTelefilm”in, “Günay” qəzetinin baş redaktoru, dövlətlərarası “MİR” teleşirkətinin direktor müavini, “Mozalan” satirik kinojurnalının direktoru və “ANS”in baş icmalçısı olmusuz. Hazırda pedaqoji və ATV-də veriliş aparıcısısız.
    Sizin pyesləriniz ölkə teatrlarında səhnələşdirilib. Müəllifi olduğunuz əsərlər oxucuların geniş marağına səbəb olub. Bir sıra ödüllərə layiq görülmüsüz.
    Sizi bir daha təbrik edir, ən xoş diləklərimizi yetiririk!"

    Komitə sədri Q.Paşayeva yubilyara komitə adından Təbrik məktubu, üzərində "Qarabağ Azərbaycandır!" yazılı qol saatı və Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

    Görüşdə RHİMİB sədri Arzu Bağırova iştirak edib.
    Millət vəkili və QHT sədri Orxan Fikrətoğlu ilə görüşdü - FOTO
    Millət vəkili və QHT sədri Orxan Fikrətoğlu ilə görüşdü - FOTO
    Millət vəkili və QHT sədri Orxan Fikrətoğlu ilə görüşdü - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər