Masallı Rayon Polis Şöbəsində yeni kadr təyinatı olub

Masallı Rayon Polis Şöbəsində yeni kadr təyinatı olub
  • Siyasət / Araşdırma

  • Daxili işlər orqanlarında yeni kadr təyinatları olub.

    Asiya.az
    xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, polis mayoru Elşən Talıbov Masallı Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini, polis mayoru Elvin Əzimov RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Nazim Əkbərov isə RPŞ-nin Cinayət axtarış bölməsinin rəisi vəzifələrinə təyin edilib.

    E.Talıbov daha əvvəl həmin RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin rəisi, E.Əzimov şöbənin Təhqiqat bölməsinin rəisi, Nazim Əkbərov isə Cinayət axtarış bölməsində baş əməliyyat müvəkkili olub.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupu faktı təsdiqləyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər