Azərbaycanlı aktyor anası ilə eyni yaşda, eyni xəstəlikdən vəfat etdi

Azərbaycanlı aktyor anası ilə eyni yaşda, eyni xəstəlikdən vəfat etdi
  • Mədəniyyət

  • Tanınmış aktyor Ramiz Hüseynzadə bu gün Nardaran qəbiristanlığında torpağa tapşırılacaq.

    Asiya.az
    "Qafqazinfo”ya istinadən bildirir ki, bu haqda mərhumun yaxın dostu və həmkarı Məcid Hüseynov məlumat verib. O, dəfnin saat 16:00-da olacağını deyib.

    Aktyorun sözlərinə görə, hadisə sırağagün gecə baş verib. Belə ki, 42 yaşlı R. Hüseynzadənin beyninə qan sızıb, o, təcili olaraq xəstəxanaya aparılıb:

    "Sumqayıtda xəstəxanaya yerləşdirilib. Dünən saat 18:55-də orada dünyasını dəyişib. İki-üç gün əvvəl onunla danışmışdım. Anası da təzyiq problemindən əziyyət çəkib. Onunla eyni yaşda, eyni xəstəlikdən vəfat etdi”.
    PAYLAŞ:

    Oxşar xəbərlər