Daşkəsəndə Novruz Bayramı ərəfəsində şəhid ailələri ziyarət edilib - FOTOLAR

Daşkəsəndə Novruz Bayramı ərəfəsində şəhid ailələri ziyarət edilib - FOTOLAR
  • Sosial

  • Mart ayının 18-19-da Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş döyüşçülərin ailələri ziyarət olunub.

    Asiya.az
    xəbər veri ki, şəhidlərin ailə üzvləri Novruz bayramı münasibətilə təbrik edilib, onlara bayram sovqatları verilib.

    Görüşlərdə bildirilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görürlər. Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin ailələrinə, həmçinin müharibə əlillərinə göstərilən diqqət və qayğı Daşkəsən rayon İcra hakimiyyətinin daim diqqət mərkəzindədir.

    Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
    Daşkəsəndə Novruz Bayramı ərəfəsində şəhid ailələri ziyarət edilib - FOTOLAR
    Daşkəsəndə Novruz Bayramı ərəfəsində şəhid ailələri ziyarət edilib - FOTOLAR
    Daşkəsəndə Novruz Bayramı ərəfəsində şəhid ailələri ziyarət edilib - FOTOLAR
    Daşkəsəndə Novruz Bayramı ərəfəsində şəhid ailələri ziyarət edilib - FOTOLAR
    Daşkəsəndə Novruz Bayramı ərəfəsində şəhid ailələri ziyarət edilib - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər