"Novruz bayramını qalib xalq olaraq qeyd edirik" - Adil Əliyev

"Novruz bayramını qalib xalq olaraq qeyd edirik" - Adil Əliyev
  • Siyasət

  • Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin müavini, 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputat seçilmiş Adil Əliyev Novruz bayramı münasibətilə xalqa təbrik ünvanlayıb.

    Asiya.az
    millət vəkilinin təbrikini təqdim edir:
    “Əziz dostlar, tarixi, mənəvi və milli adət-ənənəmizdə xüsusi yer tutan Novruz bayramı Vətənimiz, xalqımız üçün xeyirli, ruzili, bərəkətli olsun. Artıq biz Novruz bayramını qalib xalq olaraq qeyd edirik, bu isə misli görünməmiş xoşbəxtlikdir. Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Ordumuz tərəfindən qazanılmış Zəfərdə həyatını düşünmədən Vətənə qurban verən və bizə bu xoşbəxtliyi yaşadan igidlərimizə Allahdan bir daha rəhmət, qazilərimizə şəfa arzulayıram.
    Qələbələr hər zaman dövlətimizə, xalqımıza nəsib olsun.
    Bayramınız mübarək!
    "Novruz bayramını qalib xalq olaraq qeyd edirik" - Adil Əliyev
    PAYLAŞ:

    Oxşar xəbərlər