Yerə təhlükəli asteroid yaxınlaşır

Yerə təhlükəli asteroid yaxınlaşır
  • Maraqlı

  • Bu gün Yer kürəsinin yaxınlığından “2001 FO32” asteroidi keçəcək.

    Asiya.az
    -ın xəbərinə görə, bu barədə NASA məlumat yayıb.

    Asteroid Yerə 2 milyon kilometrə qədər yaxınlaşacaq. NASA asteroidin Yerlə toqquşmaq təhlükəsi olmadığını açıqlayıb.

    Bununla belə, 2 milyon km məsafə Yerə yaxın məsafə sayılır və ona görə də “2001 FO32” potensial təhlükəli asteroid sayılır.

    Asteroidin diametrinin 440-680 m olduğu qeyd edilib. Bu asteroid 2001-ci ildə aşkarlanıb. Astronomlar hesab edirlər ki, asteroid növbəti dəfə 2052-ci ildə Yerin yaxınlığından keçəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər