Millət vəkili və QHT sədri tanınmış şairi yubileyi münasibəti ilə təbrik edib - FOTO

Millət vəkili və QHT sədri tanınmış şairi yubileyi münasibəti ilə təbrik edib - FOTO
  • Cəmiyyət

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış şair Elman Tovuzla Mədəniyyət Komitəsində görüşüb.

    Asiya.az
    xəbər verir ki, millət vəkili şairi 60 illik yubileyi münasibəti təbrik edib, ürək sözlərini bölüşüb:

    "Hörmətli Elman müəllim,
    Sizi 60 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurlar arzulayıram!
    Çox şadam ki bu ilki yubileyinizi, tərənnümçüsü olduğunuz gözəl Qarabağımızın düşməndən azad olunmasının sevinci, qüruru ilə keçirirsiz.
    Siz həmişə öz həyat eşqiniz, vətəncanlılığınız və ziyalılığınızla seçilmsiz.
    Əsərləriniz oxucular tərəfindən həmişə maraqla qarşılanıb. Bir çox şeiriniz gənc aşıqlarımızın ifasında el şənliklərində, müxtəlif tədbirlərdə oxunur, tamaşaçıların, dinləyicilərin zövqünü oxşayır.

    Siz çağdaş Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən birisiz. 1998-ci ildə avtomobil qəzasına düşərək fiziki əmək qabiliyyətinizi itirsəz də, həyat eşqiniz, mübarizliyiniz sizi cəmiyyətdə məşhurlaşdırıb, gözəl şeirləriniz insanlara ümid, inam aşılayıb.
    Siz ədəbi fəaliyyətə tələbəlik illərindən başlamısız; şeirləriniz respublika mətbuatında, müxtəlif dərgi və almanaxlarda dərc olunub. Bir neçə şeir kitabınız gün üzü görüb; Azərbaycan Yazıçıalr Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvüsüz.
    Bugünlərdə yeni - "Sənin işığın" adlı şeirlər kitabınız gün üzü görəcək.
    Sizi Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm!
    Yubileyiniz mübarək olsun"!

    Qənirə Paşayeva E.Tovuza Mədəniyyət Komitəsi adından Təbrik Məktubu və Qarabağ motivli xatirə hədiyyələri tqədim edib.

    Elman Tovuz səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.

    Görüşdə RHİM İB sədri Arzu Bağırova da iştirak edib və yubilyara təbriklərini, ürək sözlərini çatdırıb.
    Millət vəkili və QHT sədri tanınmış şairi yubileyi münasibəti ilə təbrik edib - FOTO
    Millət vəkili və QHT sədri tanınmış şairi yubileyi münasibəti ilə təbrik edib - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər